Misli Premyer Liqasının XXIX turunda "Qəbələ" ilə oyundan sonra baş məşqçi Andrey Demçenkonun mətbuat konfransında səsləndirdiyi fikirlər: "Birinci hissədə nəzarət bizdə oldu. Bilirdik ki, rəqibimiz əks-hucumlarda təhlükəli olacaq. Biz üstünlüyümüzü qola çevirə bilmədik və vurmayana vurarlar qaydası işə düşdü. Böyük futbol xırda detallardan ibarətdir. Təəssüf ki, biz bu detallarda səhvlər etdik. Sona yaxın həm qələbə qazana, həm də məğlub ola bilərdik.

Turnir cədvəlində heç də yaxşı vəziyyətdə deyilik. Hər bir oyun bir şansdır. Komanda nə vaxt yaxşı futbol oynayır onda da xallar qazanılır. Hələ ki biz bu baxımdan yaxşı vəziyyətdə deyilik.

Nəticəyə baş məşqçi cavabdehdir. Bu gəminin kapitanıyam. Bütün məsuliyyət də mənim üzərimdədir".